Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.08 $▼2.58%
  • WTI neft84.04 $▼0.83%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 773 $▼0.36%
  • Gümüş45.74 $▼0.15%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 168 $▼1.09%
  • Ethereum1 798 $▼1.37%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başladı

image-seckiler
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda erkən parlament seçkilərinin seçkiqabağı təşviqatı dövrü rəsmən başlayıb.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təşviqat dövrü iyunun 18-dək davam edəcək, iyunun 19-u isə “sükut günü” olacaq. Seçkilər isə iyunun 20-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün rekord sayda – 23 partiya və 4 blok qeydiyyatdan keçib.

Mütəxəssislərə görə, “Mülki Müqavilə” partiyası (lideri – Nikol Paşinyan), “Hayastan” bloku (Robert Koçaryan), “Şərəfim var” bloku ( Artur Vanetsyan) və “Çiçəklənən Ermənistan” partiyasının (Qaqik Tsarukyan), həmçinin “Maariflənmiş Ermənistan” (Edmon Marukyan) və “Erməni Milli Konqresi”nin (Levon Ter-Petrosyan) parlamentə daxil olmaq şansı var.

Dövlət televiziyasında təşviqat kampaniyası üçün partiyalara və bloklara ödənişsiz 30 dəqiqə, ödənişli 60 dəqiqə, dövlət radiosunda isə ödənişsiz 60 dəqiqə, ödənişli 90 dəqiqə vaxt ayrılacaq.

Qeyd edək ki, Ermənistanda seçicilər reyestrinə daxil olan ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48968