“Ermənistanın heç vaxt Azərbaycan torpaqlarına iddiasının olmayacağı vurğulanmalıdır” – Təklif

“Ermənistanın heç vaxt Azərbaycan torpaqlarına iddiasının olmayacağı vurğulanmalıdır” – Təklifbackend

“Razılaşmada status məsələsi yoxdur, amma qeyd olunmalıdır ki, bu məsələ heç vaxt qaldırılmayacaq”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan tərəfinin qələbəsinə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl bildirib.

İlham İsmayılın fikrincə, razılaşma bütövlükdə xeyrimizə olsa da, bir sıra qeyri-müəyyənliklər qalır:

“Dağlıq Qarabağın Ermənistanın nəzarətində olan yerlərə – Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə , Şuşanın kəndləri və digər yerlərə qaçqınlarımız köçənədək Azərbaycanın dövlət strukturları, ilk növbədə hüquq-mühafizə, xüsusi xidmət və icra orqanları orada fəaliyyətə başalayacaqmı? Rusiyanın nəzarəti altında Qarabağa gələn və gedənlərə nəzarət Azərbaycan tərəfindən də həyata keçiriləcəkmi? Ermənistan vətəndaşlarının Dağlıq Qarabağa gəlməsi xeyli məhdud olmalı, yalnız yerli ermənilərin müəyyən məhdudiyyətlərlə gediş-gəlişinə icazə verilməlidir. Dəhlizlər dövlət sərhədində bitir. Burada sərhəd və gömrük orqanlarının fəaliyyəti ilk növbədə həyata keçirilməlidir”.

İlham İsmayıl hesab edir ki, Azərbaycan vətəndaşlarının ölkə daxilində, Dağlıq Qarabağın ərazisindən keçməklə başqa bölgələrə getməsinə heç bir məhdudiyyət qoyulmamalıdır:

“Rusiyanın geri dönməsi narahatçılıq yaradır, amma nəzərə alaq ki, bir dəfə tam imtina etdik, nəticədə 30 il torpaqlarımız işğalda qaldı. Şərtlər dəyişsə də, nəzərə alaq ki, indi onların qalışının konkret müddətləri müəyyənləşib. Bu gəlişin maksimal müddəti dəyişməməli və bitən kimi son verilməlidir. Bu bənd bəyanata əlavə edilməlidir. Geri dönmələri üçün Rusiyanın erməniləri şirnikləndirən vədləri olacaq. Bu vədlər Azərbaycan Konstitusiyasına zidd olmamalıdır, o cümlədən vətəndaşlıq məsələsi də… Təhsil kitabları, xüsusilə tarix, ədəbiyyat və digər humanitar fənnlərə aid kitablar mütləq bizim senzuradan keçməlidir və ya bizim yazdıqlarımız tədris olunmalıdır”.

İ. İsmayıl vurğulayıb ki, Ermənistanla perspektiv sülh müqaviləsi imzalanmalı və Ermənistanın heç vaxt Azərbaycan torpaqlarına iddiasının olmadığı və olmayacağı vurğulanmalıdır:

“Əks halda sərhədlər və komunikasiyalar açılmayacaq. Əvvəllər ermənilərin yaşadığı, bu gün isə bizim nəzarətdə olan yaşayış məntəqələrinə ermənilərin qayıdışı şərt olacaqmı? Olduğu halda qayıdışın şərtlərini biz irəli sürməliyik. Bütün məsələlər detallarınadək müzakirə olunmalı, Azərbaycan qanunlarına uyğun qərarlar qəbul olunmalıdır. Ermənilərin iddiasız, hətta statussuz geri dönmələri şübhəlidir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90