Əsgər və zabitlərə Qurban bayram sovqatı təqdim olunub

Əsgər və zabitlərə Qurban bayram sovqatı təqdim olunubbackend

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Yer elmləri üzrə fəlsəfə doktoru Əsgərova Rəqsanə Ağstafa və Tovuz şəhərindəki N saylı hərbi hissələrdə olaraq əsgərlərə Qurbanlıq cins və bayram sovqatı aparıb.

Əsgər və zabitlər qarşısında bir qəhraman döyüşçü qızı, Azərbaycan xanımı kimi çıxış edərək onların mərdlikləri, şücaətləri qarşısında qürur duyub fəxr etdiyini və onların qarşısında baş əydiyini söyləyərək Qurban bayramı münasibətilə təbrik edib, onlara xidməti vəzifələrində uğurlar arzulayıb, torpaqlarımızın tezliklə azad olacağını səbirsizliklə gözlədiyini və bu cür görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib Qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində mühüm işlər görülür, hər il Azərbaycan ordusunun büdcəsi artırılır. Bu gün Azərbaycan əsgərinin kənardan heç bir təminata ehtiyacı yoxdur. Lakin bayramlarda, əlamətdar günlərdə əsgərlərin yanında olmaq ordu –xalq birliyinin təcəssümüdür.
N saylı hərbi hissələrin əsgər və zabitləri ilə söhbət edib, heyyət onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər və qeyd ediblər ki, belə görüşlər onlarda ruh yüksəkliyi yaradır.
Qey edək ki, şəxsi təşəbbüsü və bir qrup şəxslər tərəfindən Qurban bayram sovqatı bir neçə N saylı hərbi hissələrə aparılıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90