Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.41 $▲0.57%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 876 $▲0.09%
  • Gümüş47.63 $▲0.26%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 740 $▼0.88%
  • Ethereum1 818 $▼0.89%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Əsgərlərimiz Paşinyanın arvadının olduğu evə girib? - ŞOK DETALLAR

image-643503c04ef6b202304235248
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan dünəndən etibarən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri haqda müxtəlif uydurmalar tirajlayır.

Busaat.az Publika.az-a istinadən xəbər verir ki, dünən iki azərbaycanlı əsgərin Qərbi Zəngəzurda gördüklərini deyən ermənilər bu gün “3 azərbaycanlı var idi” deyirlər.

Sisian polisi isə “3 deyil, bəlkə 6-dır” kimi iddialar irəli sürür. Baş verənlər ermənilərin saxladıqları iddia edilən “azərbaycanlı əsgərin” də ssenari olduğu versiyasını gücləndirir. Lakin o dəqiqdir ki, Qərbi Zəngəzur bölgəsində yaşayan ermənilər ciddi şəkildə təşvişə düşüb.
Ermənilərin ən maraqlı iddialarından biri azərbaycanlı əsgərin getdiyi evlə bağlıdır.

“Hraparak” qəzeti iddia edir ki, saxlanılan azrbaycanlı əsgərlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olub.

“Cəmi bir neçə ay əvvəl Anna Akopyan Benunis kəndini ziyarət edərək, müharibədə ölən Qor Qasparyanın evinə gəlmiş, ailə ilə görüşmüşdü. Əldə etdiyimiz məlumata görə, Benunis kəndinə gələn azərbaycanlı əsgərin daxil olduğu ev də məhz Akopyanın ziyarət etdiyi evdir”, – qəzet iddia edir.

Görünür, məsələ tam dəqiqləşməyən qədər ermənilərin uydurmaları davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106470