Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.91 $▼0.57%
  • WTI neft85.88 $▲0.25%
  • Avropa qazı (TTF)84.50 €▲2.64%
  • Təbii qaz (ABŞ)3.209 $▼0.12%
  • Qızıl4 053 $▼1.74%
  • Gümüş51.62 $▼3.05%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda594.25 ¢▲0.93%
  • Bitcoin73 094 $▼2.87%
  • Ethereum2 020 $▼5.25%
  • S&P 5007 487▼0.82%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Evinin həyətini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - Fotolar

image-159
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş təxirəsalınmaz əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nazilə Hüseynova iş başında, yəni çətənə kollarına qulluq edən zaman yaxalanıb.

Həyətyanı sahəyə baxış keçirilən zaman tərəvəz bitkiləri becərilən ərazidən 176 ədəd çətənə kolu aşkarlanıb. Nazilə Hüseynova ifadəsində narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini etiraf edib və onları becərməkdə məqsədinin yetişdirib qurutduqdan sonra satıb, yüksək qazanc əldə etmək olduğunu bildirib. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb və müvafiq ekspertizaya təqdim olunub. N.Hüseynova isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə yaşadığı evin həyətindəki istixanada külli miqdarda narkotik tərkibli bitkilər kultivasiya edən və narkotik vasitələrin satışı ilə məşğul olan Meşəşambul kənd sakini İsa Gözəlov tutulub. Həmin istixanaya baxış keçirilən zaman oradan ümumi çəkisi 40 kiloqrama yaxın 34 ədəd çətənə kolu və evin çardağında gizlətdiyi 7 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78077