Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.99 $▼0.49%
  • WTI neft85.93 $▼0.82%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.280 $▼0.33%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.74 $▼1.49%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 899 $▼0.60%
  • Ethereum2 061 $▼0.52%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

F-16-lar verilməsə, Türkiyə hansı addımı atacaq?

image-thumb600x0-12
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olan 35 senatorun Baydenə Türkiyəyə F-16 qırıcı təyyarələrinin verilməməsi haqqında məktubunu ölkəmizə qarşı olan qrupların, lobbi mərkəzlərinin fəaliyyəti kimi dəyərləndirirəm.

Bu sözləri Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.

Alimin sözlərinə görə, Bayden F-16 qırıcılarının verilməsi qərarından imtina etsə, Türkiyə də İsveç və Finlandiya ilə bağlı lazımi addımları atacaq:

“Baydenin Madriddə Ərdoğanla görüşü zamanı F-16-ların Türkiyəyə verilməsi ilə bağlı razılıq əldə olunub. Ölkəmizə verilən söz yerinə yetirilməlidir. Lakin buna mane olmaq üçün yunan lobbisi və Cənubi Kipr birlikdə ABŞ Konqresində iş aparır. Yunanıstan mediasında verilən xəbərlər və aparılan kampaniya da bunun təzahürüdür.

Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Çünki Türkiyə bu məsələdə çox ciddidir və F-16-ların verilməsi məsələsi ölkəmizin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürdüyü şərtlərdən biridir. Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Cənab Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək”(axar.az).

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81245