Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.41 $▲0.57%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 876 $▲0.09%
  • Gümüş47.63 $▲0.26%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 740 $▼0.88%
  • Ethereum1 818 $▼0.89%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Fazil Mustafa evə buraxıldı

image-faz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən ay evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa bu gün evə buraxılıb.

Bu barədə Busaat.az-a deputat özü məlumat verib.

O hazırda səhhətinin yaxşı olduğunu bildirib: “Səhhətim sabitdir, yaxşıyam. Müalicəmi evdə davam etdirəcəyəm”.

Qeyd edək ki, deputat Fazil Mustafa martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

DİN-in Mətbuat xidməti F.Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığını açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106508