Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün? – ŞOK

image-1679985376_fazil1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı ilginc iddialar irəli sürülüb.

Busaat.az axar.az-a istinadən xəbər verir ki, Fazil Mustafaya məhz avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir.

Belə ki, avtomat silah 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Həm 4 mart 2023-cü ildə “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə xüsusi məna kəsb edir.

Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Belə ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır.

Daha bir iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. Belə ki, XİN başçısı Ceyhun Bayramov bu gün İsrailə və Fələstinə səfərə yola düşüb. Onun 29 martda İsraildəki səfirliyimizin açılışında iştirak edəcəyi gözlənilir.

Bu hücumun İsraildəki səfirliyimizin açılmasına da “sürtpriz” edilib. Sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105028