Ölkənin təhsil naziri Emin Əmrullayev Azərbaycanda elmi araşdırma və tədqiqatların səviyyəsinin çox aşağı olduğunu vurğulayıb, bir növ giley edib. Nazir, həmçinin ali təhsilin yeni modelinin qurulması ilə bağlı işlərin görüldüyünə də eyham vurub.
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.
İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub
Xəbər verildiyi kimi, 04 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.
Prezident İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.
İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.