
FHN-in Kahramanmaraşdakı bir qrup əməkdaşı Hataya göndərildi - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş Türkiyədə axtarış-xilasetmə əməliyyatları davam edir.
FHN-dən Busaat.az-a verilən məlumata görə, qurumun Kahramanmaraşdakı qüvvələrindən 110 nəfərdən artıq şəxs axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Hataya göndərilib.
Onlar qarşıdakı günlərdə Hatayda xidmət göstərəcəklər.



























