FİFA bu gün ilin ən yaxşı futbolçusunun adını açıqlayacaq

FİFA bu gün ilin ən yaxşı futbolçusunun adını açıqlayacaqbackend

FİFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarını açıqlayacaq.

Busaat.az xəbər verir ki, ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatının təqdim ediləcəyi tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasim koronavirus səbəbindən ilk dəfə onlayn keçiriləcək.

İlin ən yaxşı futbolçusu adına namizədlər sırasında Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”), Robert Levandovski (Polşa, “Bavariya”) Lionel Messi (Argentina, “Barselona”) yer alıb

İlin ən yaxşı baş məşqçisi adına namizədlər isə Yurgen Klopp (“Liverpul”), Marselo Byelsa (“Lids Yunayted”) və Hans-Diter Flikdir (“Bavariya”).

Qeyd edək ki, mükafatlar 11 nominasiya üzrə veriləcək. İlin futbolçusu, məşqçisi ilə yanaşı, ən yaxşı qadın futbolçu və qadın komandasının ən yaxşı məşqçisi, kişi və qadın futbolunun ən yaxşı qapıçısı, rəmzi komandalar və feyr-pley mükafatının sahibi, ilin ən yaxşı azarkeşi və ya azarkeş qrupu, ən gözəl qola imza atan oyunçuya “Ferents Puşkaş” mükafatı veriləcək.

Qeyd edək ki, ötən il “The Best” mükafatını Lionel Messi qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki