FİFA futbol üzrə Meksika milli komandasını cəzalandırıb.
Busaat.az xəbər verir ki, yığma növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.
Buna Meksika millisinin ABŞ və Dominikan Respublikası yığmaları ilə keçirdiyi oyunlar zamanı yerli azarkeşlərin homofobik (cinsi) şüarlar səsləndirməsi səbəb olub.
Meksika yığmasının DÇ-2022-nin Amerika zonası seçmə mərhələsində Yamayka (2 sentyabr) və Kanada (7 oktyabr) ilə keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.
Bundan başqa, Meksika Futbol Federasiyasına 55 min avro pul cəzası da verilib.