“Fransa müstəmləkə kompleksindən xilas olmalıdır”

image-tebbun-macron-1694228_2backend

Fransa indi müstəmləkəçi və Əlcəzairi istismar kompleksindən qurtulmalıdır.

Busaat.az xəbər verir ki, bunu Əlcəzair Prezidenti Əbdülməcid Tebbun bildirib.

Əlcəzair Rəyasət Heyətindən verilən yazılı açıqlamada, prezident Abdulmecid Tebbunun “Le Figaro” qəzetinə qlobal və regional mövzular, xüsusilə ölkəsinin Fransa ilə əlaqələri ilə bağlı açıqlamalar verdiyi bildirilib.

Tebbun, Əlcəzair-Fransa münasibətləri ilə bağlı deyib: “Fransa müstəmləkə kompleksindən qurtulmalıdır. Eynilə, Əlcəzair də istismar edilən ölkə kompleksindən qurtulmalıdır. Fransanın Əlcəzair vətəndaşlarına yenidən viza verməyə başlamasını müsbət addım kimi qiymətləndirirəm. Əlcəzairin Fransadan müstəqilliyini təmin edən Evian razılaşmalarını unutmamalıyıq”.

Bəzi ekstremist əlcəzairlilərin Fransadakı hərəkətlərinin səbəblərinin aydınlaşdırılması lazım olduğunu vurğulayan Prezident Tebbun, ekstremizmin Əlcəzairdən qaynaqlanmadığını və Fransadan Suriya kimi bəzi ölkələrə səfər edən ekstremist əlcəzairlilərdən Əlcəzairin məsuliyyət daşımadığını bildirib.

Tebbun, həmçinin Fransanı Sahara səhrasında həyata keçirdiyi nüvə sınağının tullantılarını təmizləməyə çağırıb və Paris rəhbərliyinin təcrübələrin aparıldığı bölgədə zərər görən əlcəzairlilərin qayğısına qalması lazım olduğunu bildirib.

2023-cü ildə Fransaya rəsmi səfər edəcəyini bildirən Tebbun, iki ölkə arasında münasibətləri xilas edəcək yeni nəslin yetişdirilməsinin Fransa prezidenti Emmanuel Makronun iradəsindən asılı olduğunu vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki