Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Siyasət

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı cavab tələb edir

image-96-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo”nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfirdən son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib.

Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir.

Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. fikirlər səsləndiriblər.

Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirilib.

Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114156