Fransada pensiya islahatlarına qarşı etirazlar zamanı 50-dən çox polis yaralanıb

image-65159652_605backend

Çərşənbə axşamı Fransa paytaxtında pensiya islahatlarına etiraz edən nümayişçilərlə toqquşma nəticəsində hüquq-mühafizə orqanlarının 53 nümayəndəsi yaralanıb.

Busaat.az xəbər verir ki, bunu Paris polisi prefekturası bildirib.

“78 nəfər həbs edilib, 5 nəfər cərimələnib, 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. 11 etirazçı xəstəxanaya çatdırılıb, 12 nəfərə yerindəcə köməklik göstərilib”, – BFMTV televiziyasının saytında yuxarıda adı çəkilən prefekturaya istinadən bildirilir.

Bu iğtişaşların əsas təşkilatçıları qara paltar və maska geyinmiş nümayiş iştirakçıları olub. Onlar polisə daş və butulka atıblar.

Polis iğtişaşları dağıtmaq, yanğınsöndürənlərin gəlməsi və konvoyun sərbəst hərəkəti üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90