Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.87 $▼2.81%
  • WTI neft83.76 $▼1.16%
  • Avropa qazı (TTF)83.65 €▼2.14%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 770 $▼0.43%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin64 106 $▼1.18%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Futbolda inqilabi dəyişikliklər təklif edildi: 17 metrlik cərimə zərbəsi, üç dəfə zədələnən futbolçu...

image-1457632
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2016-cı ildən isə Bundesliqa oyunlarına təyinat alan alman referi Patrik İtriç futbolda inqilabi dəyişikliklər təklif edib.

Busaat.az fanat.az-a istinadən xəbər verir ki, 44 yaşlı ədalət təmsilçisi bu barədə “Sport Bild”ə fikirlərini çatdırıb.

Referinin ilk təklifi meydanın mərkəzində baş verən taktiki qayda pozuntularına aiddir. Hakimin fikrincə, belə vəziyyətlərdə qapıdan 17 metr aralıda cərimə zərbəsi təyin olunmalıdır ki, nəticədə bu cür davranışların sayını azalda bilər.

Hakim oyunçuların bilərəkdən, yəni vaxtı uzatmağa yönəlik davranışlarını da azaltmağın “yolunu tapıb”. Meydanda üç yıxılma halında futbolçu tibbi yardım almaq üçün üç dəqiqə meydançanı tərk etməli olacaq. Beləliklə, daha az vaxt “oğurlanmış” olacaq.

Təklifə görə, hakimi təhqir edənlər ciddi şəkildə cəzalandırılacaq. Belə olan halda ehtirasları sakitləşdirmək üçün oyunçu on dəqiqə oyundan kənarlaşdırılacaq. “Biz bu mənada həndboldan öyrənə bilərik”, – deyən İtriç nəhayət oyun zamanı meydançada baş verən insidentləri necə dayandırmaq barədə də təklif verib. Komandanı qane etməyən qərardan sonra bütün oyunçular hakimin yanına qaçsa, ədalət təmsilçisinin onlardan üçünü meydandan qovmaq hüququ olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96089