Füzuli Rayon Prokurorluğunun əməkdaşları təltif olundu – Fotolar  

image-drt-1backend

Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə Azərbaycan Prokurorluğunun 103-cü ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Busaat.az xəbər verir ki, tədbirdə YAP Füzuli Rayon Təşkilatının sədri, rayon prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup ərazi icra nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, Füzuli Dövlət Dram Teatrının bir qrup işçisi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir RİH başçısı Alı Alıyevin rəhbərliyi ilə Füzuli Dövlət Dram Teatrında davam etdirilib.
Tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra icra başçısı Alı Alıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Rayon prokuroru Elnur Rüstəmov diqqətə çatdırıb ki, Füzulidə prokurorluqla digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı yüksək səviyyədədir.

Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşlarına Füzuli Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90