Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 692 $▲0.91%
  • Ethereum1 808 $▲2.25%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

G7 ölkələri Ukraynaya dəstək verməyə davam edəcək

image-g7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri Ukraynaya dəstək vədlərini təsdiqləyiblər.

Busaat.az xəbər verir ki, bu barədə məlumat G7 ölkələrinin yaydıqları birgə bəyanatda yer alıb.

“Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsinə qarşı Ukrayna ilə həmrəy olduğumuzu bildiririk” – deyə, bəyanatda deyilir.

Bəyanatda Rusiyanın Ukraynadakı kritik infrastrukturlara “qeyri-insani və qəddar” hücumları pislənərək, onun mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayəti təşkil etdiyi xatırladılıb.

Məqsədlərinin Rusiyanın hücumları nəticəsində zədələnmiş və ya dağıdılmış kritik infrastrukturun bərpasını ödəmək olduğunu vurğulayan bəyanata, “Müharibə cinayətləri və digər vəhşiliklər üçün cəzasızlıq olmamalıdır. (Rusiya Prezidenti Vladimir) Putin və digər məsul şəxslər beynəlxalq hüquqa uyğun olaraq cəzasını almalıdır. Biz bir daha təsdiq edirik ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikası qəbuledilməzdir və kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadə ciddi nəticələrə səbəb olacaqdır” – deyə, əlavə edilib.

G7 ölkələri həmçinin Rusiyadan müharibəni dərhal dayandırmağı və Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxmasını tələb ediblər.

Bəyannamədə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılmasından da məmnunluq ifadə olunub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93995