Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 106 $▼1.64%
  • Ethereum1 901 $▼1.38%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

G7 Ukraynaya yardımı müzakirə edəcək

image-eprs-aag-733575-2022-g7-summit-final
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Ukraynanın enerji infrastrukturuna hücumlardan sonra G7 bu gün Kiyevə yardım məsələsini görüşəcək.

Busaat.az xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, G7 ölkələrinin xarici işlər nazirləri bu gün Rusiyanın son həftələrdə Ukraynanın enerji infrastrukturuna kütləvi hücumlarından sonra Kiyevə əlavə yardımın necə koordinasiya olunacağını müzakirə edəcəklər.

Almaniyanın Münster şəhərində keçiriləcək iki günlük toplantıda ABŞ dövlət katibi Antoni Blinkenin G7 həmkarları ilə görüşəcəyi bildirilib. Toplantının gündəliyinə Ukraynanın Rusiya tərəfindən işğalı mövzusu ilə yanaşı, Çinin artan nüfuzu və İrandakı etirazlar da salınıb.

Avropa Birliyinin (Aİ) enerji komissarı Kadri Simson Kiyevə səfəri zamanı bildirib ki, o və Aİ tərəfdaşları Ukraynanın enerji sektoruna yardımı artırmaq üçün mümkün imkanları nəzərdən keçirirlər.

Ukraynanın enerji infrastrukturuna dəyən zərərin ödənilməsi üçün xüsusi avadanlıq və alətlərə ehtiyacı olduğunu bildirən Simson, xarici şirkətləri Ukraynaya enerji avadanlıqları göndərməyə çağırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89449