Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Busaat.az xəbər verir ki, sənəd parlamentin dekabrın 5-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.