Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.36 $▼4.05%
  • WTI neft87.69 $▼3.96%
  • Avropa qazı (TTF)83.45 €▼2.50%
  • Təbii qaz (ABŞ)3.071 $▲1.59%
  • Qızıl4 129 $▼0.11%
  • Gümüş52.74 $▼0.72%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda590.25 ¢▼0.21%
  • Bitcoin74 802 $▲0.10%
  • Ethereum2 121 $▼0.18%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

Gəncədə futbolçunu bıçaqlayan şəxs tutuldu

image-veysel
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gəncədə “Kəpəz”in futbolçusu Veysəl Rzayevi bıçaqlayan şəxs tutulub.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 05 radələrində 2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmiş şəxsin kimliyi müəyyənləşib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi İnzibati Təcrübə İdarəetməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Qeyd edək ki, Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan V.Rzayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179891