Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 801 $▲2.64%
  • Ethereum1 831 $▲3.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

General-leytenant Etibar Mirzəyev Hatayda toplantıda - Foto

image-gen_fhn_copy-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib.

Bu barədə Busaat.az-a FHN-dən bildirilib.

Bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıya qoşulub.

Toplantıda zəlzədən ciddi ziyan çəkmiş Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan FHN-in xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Bundan əlavə, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən təkbətək görüşdə FHN qüvvələrinin axtarış-xilasetmə əməliyyatları və atılacaq sonrakı addımlar geniş müzakirə edilib.

Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.

 


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101071