Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.
Busaat.az-n Modern.az-a istinadən məlumatına görə, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.
Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.
Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.
Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.
H.Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.








