Giorgi Qaxariya koronavirusa yoluxdu

Giorgi Qaxariya koronavirusa yoluxdubackend

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya koronavirusa yoluxub.

Busaat.az gürcü mediasına istinadən xəbər verir ki, Baş Nazirin COVİD testi müsbət nəticə göstərib. “O, özünü yaxşı hiss edir və evdə müalicəsini davam etdirir”, – deyə hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Qaxariya mühafizəçisi koronavirusa yoluxduğundan oktyabrın 31-də özünütəcrid rejiminə keçib. Daha sonra Baş Nazirin şəxsi mühafizəsinin daha 2 əməkdaşının koronavirus testi pozitiv çıxmışdı.

Həmçinin, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava, hökumət administrasiyasının rəhbəri Natiya Mezvrişvili də özlərini təcrid ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90