Gözəllik salonundan 4 min manatlıq oğurluq oldu

image-1627299169-salon-krasoty-1backend

Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonundan 4 min manatlıq alətlərin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın saxlanılıb.

Araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki