Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Güclü rəqiblərlə qarşılaşmaq istəyirik" - Medina

image-157001_7iyj3oka4q
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”ə uduzduqları matç (0:3) barədə danışıb. 

Busaat.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında fasilədən sonra da xorvatiyalı referi Fran Yoviçə Ağdam təmsilçisinin təmiz qolunu saymadığına görə müraciət etdiyini söyləyib:

“Görüşün əvvəlində qol vurduq, amma qeydə alınmadı. Bundan sonra mən hakimə yaxınlaşdım. Soruşdum ki, nəyə görə qolumuzu hesaba almadınız? O da epizodu görmədiklərini bildirdi. Fasilədən qayıdanda soruşdum ki, görüntüləri izlədiniz? Hakim epizodun təkrarına baxdığını dedi. Yenidən soruşdum ki, indi nə olacaq? Əlindən bir şeyin gəlmədiyini bildirdi. Hakimə dedim ki, qolu hesaba alsaydız, matç tamam başqa məcrada keçərdi və özümüzə inam artardı”.

Kolumbiyalı oyunçu pley-off mərhələsindəki şanslarından da danışıb: “Növbəti mərhələdəki rəqibi seçmək bizim əlimizdə deyil. Kim düşəcəksə, onunla da qarşılaşacağıq. Amma “Qarabağ” olaraq həmişə istəyirik ki, ən güclü rəqiblə oynayaq. Püşkün bəxtimizə kimin çıxaracağını görəcəyik”.

Medina “Qarabağ”la görüşdə dubl edən “Bazel”in hücumçusu Artur Kabral barədə də danışıb: “Onun səviyyəsi ortadır. Kabralın fiziki cəhətdən də güclü olduğunu qeyd edərdim. Hətta beli ilə qol vurdu. Açıq-aşkar deyə bilərəm ki, bu mövsüm qarşılaşdığımı ən güclü forvard məhz Kabral idi”.

Qeyd edə ki, xorvatiyalı baş hakim Fran Yoviç 2-ci dəqiqədə Abdullah Zubirin qolunu qeydə almayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65581