Gürcüstan 4 il sonra Avropa İttifaqına üzv olmaq istəyir

Gürcüstan 4 il sonra Avropa İttifaqına üzv olmaq istəyirbackend

Dekabrın 25-də Gürcüstan Parlamentində fövqəladə iclas keçirilib. Busaat.az xəbər verir ki, iclasda təsdiqlənmiş 16 maddədən ibarət qanun layihəsində Gürcüstanın xarici siyasəti, ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımi addımların atılması və strateji tərəfdaş ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsi kimi prioritet məsələlər yer alıb.

Layihədə ilk olaraq Abxaziya və Cənubi Osetiya problemlərinin həlli, qaçqınların geri qaytarılması və NATO və Avropa İttifaqı ilə tam inteqrasiyanın davam etdirilməsi əks olunub. Həmçinin, Gürcüstanın 2024-cü ildə Aİ-nin həqiqi üzvü olmaq üçün müraciət edəcəyi bildirilib.

Sənədin 6-cı bəndində Gürcüstan üçün Türkiyə və Azərbaycan tərəfdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

“Gürcüstan təsirli və balanslı bir regional siyasət izləyərək Qara dəniz bölgəsində sülhü, təhlükəsizliyi və sabitliyi təmin etməyi və sosial-iqtisadi və mədəni əlaqələri gücləndirməyi hədəfləyir”,- deyə qeyd olunub.

ABŞ və Avropa ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməli olduğunu bildirən qətnamə layihəsində, Rusiyanın Gürcüstandakı işğal siyasətini tətbiq etməyə davam etdiyi və Tbilisi rəhbərliyinin bu ölkəyə qarşı beynəlxalq məhkəmələrdə iddialarını qətiyyətlə davam etdirəcəyi bəyan edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90