Gürcüstan DİN-in 100 dən çox əməkdaşı istefa ərizəsi yazıb.
Busaat.az xəbər verir ki, bu barədə sabiq Baş nazir və daxili işlər naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Qiorgi Qaxaria bildirib.
O, DİN-də islahatlara ehtiyac duyulduğunu, hüquq-mühafizə orqanlarının siyasətdən uzaqlaşdırılmalı olduğunu qeyd edib.