Gürcüstan Rusiyanı Abxaziyadan qoşunlarını çıxarmağa çağırdı

image-mycollages_-_2022-08-08t113605-113backend

“Rusiya-Gürcüstan müharibəsindən 14 il sonra Moskva Gürcüstanın işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada qanunsuz nəzarətini genişləndirməkdə davam edir”.

Busaat.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in avqustun 7-də Avqust müharibəsinin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir.

Gürcüstan XİN RF-ni Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə, qoşunlarını Gürcüstandan çıxarmağa və işğal edilmiş rayonların müstəqilliyinin tanınması haqqında qanunsuz qərarını ləğv etməyə çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90