Gürcüstanda virusla bağlı vəziyyət pisləşir, qaydalar sərtləşdirilir

Gürcüstanda virusla bağlı vəziyyət pisləşir, qaydalar sərtləşdirilirbackend

Ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Busaat.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili İdarələrarası Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.

Ötən gün Gürcüstanda daha 45 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında yeni anti-rekord qeydə alınıb. Əksər yoluxmalar böyük turist axınının olduğu Acarıstan bölgəsində qeydə alınıb.

“Bir neçə gün əvvəl məhdudiyyətlərin götürləcəyini və teatr-kinoteatrların bir qisminin sentyabrın 15-dən başlayaraq, digər qisminin isə oktyabrın 1-dən açılacağını elan etdik, lakin epidemioloji vəziyyəti nəzərə alaraq, bu obyektlərin və həmçinin uşaq əyləncə mərkəzlərinin açılışını bir ay, yəni 1 noyabr tarixinə qədər təxirə salmaq qərarı verildi”,-deyə Mezvrişvili qeyd edib.

Bundan əlavə, 10 sentyabrdan etibarən ölkədə ildönümü, toy, şənlik və dini mərasimlərin keçirilməsi qadağan olacaq. Eyni zamanda ictimai kütləvi tədbirlərin keçirilməsi həm qapalı, həm də açıq havadakı məkanlarında qadağan olunacaq.

“Sabahdan etibarən bu ictimai tədbirlər qadağan ediləcək, əvvəllər mövcud olan məhdudiyyətlərə qayıdacağıq – toy, anım və ildönümlərinə qoyulan qadağaları nəzərdə tuturuq. Bu məhdudiyyət qapalı məkanlarda qüvvədədir, amma sabahdan etibarən artıq açıq məkanlara da tətbiq ediləcək”.

O vurğulayıb ki, 200-dən çox insanın iştirakı nəzərdə tutulan mədəni və idman tədbirlərinin keçirilməsi də sabahdan etibarən qadağan olunacaq.

Mezvrişviliyə görə, bu qaydalara riayət edilməməsinə görə müvafiq sanksiyalar tətbiq edilir və cəmiyyət yüksək vətəndaş məsuliyyəti göstərməlidir. Məktəblərdə matən və şənlik tədbirlərinin keçirilməsi də tövsiyə edilmir. Administrasiya rəhbəri vətəndaşlara sosial məsafəni qorumağı və qoruyucu maskalardan istifadə etməyi tövsiyə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90