Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.68 $▲1.02%
  • WTI neft85.16 $▲0.18%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 805 $▼1.85%
  • Gümüş46.37 $▼2.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.75 ¢▲1.38%
  • Bitcoin64 386 $▼0.75%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

“Hacıbala Abutalıbova Bakıya vurduğu ziyana görə 10 min il həbs cəzası verilə bilər”

image-1689600027_1574924792_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hacıbala Abutalıbovun Azərbaycan cəmiyyətinə, Bakı şəhərinə vurduğu ziyan hesablansa ona hardasa, 10 min il həbs cəzası verilə bilər”.

Bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhərinin yağışdan sonra su-kanalizasiya sisteminin işləməməsi ilə bağlı fikir bildirərkən deyib.

Ekspert bunun səbəbinin yol infrastrukturu və su-kanalizasiya sistminin düzgün qurulmaması ilə izah edib:

“Hacıbala Abutalıbov Azərbaycan xalqına vurduğu zərərin sayı-hesabı bilinmir. İctimai nəqliyyat sistemini çökdürən, yol infrastrukturunu dağıdan, yaşıllıqlara qənim kəsilən bir şəxsdir. Nə qədər iyrənc işlər varsa, ardından onun adı çəkilir. O bu əməllərin hamısını edib. Su kanalizasiya sistemində yağış barmaqlıqları vardı, hanı onlar? Dəmir yığanlar ona yaxşı pul təklif elədilər, yığdırdı və satdı. Hacıbala öz əməlləri ilə cəmiyyətə düşmənçiliyini göstərib. Elə bir vəziyyət yaradıb ki, altından çıxmaq olmur”.

Ekspertin sözlərinə görə, dövlət tərəfindən yağış sularının idarə edilməsi, su-kanalizasiya sisteminin qurulmasına ayrılan pullara böyük bir şəhər salmaq olardı:

“Amma biz bu boyda vəsaitin müqabilində kanalizasiya sistemini qura bilməmişik. Bu biabırçılıqdır. Əvvəlki ilərdə olduğu kimi indikilər də yeyib-dağıdır, hətta bundan sonra gələnlər də yeyib-dağıdacaq. Problem heç vaxt həllini tapmayacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115349