Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.51 $▲0.84%
  • WTI neft84.89 $▼0.14%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.171 $▲2.72%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.99 $▼3.16%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 405 $▼0.72%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
9°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Hakimin lift düyməsini qırmasının səbəbi MƏLUM OLDU

image-1686569835_hakim
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun “Yeni Həyat” yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasının təfərrüatı üzə çıxıb.

Busaat.az xəbər verir ki, Z.Bağırovun yaxınları “Qafqazinfo”ya bildirib ki, o, 15 günə yaxındır ki, səhhəti ilə əlaqədar bülletendədir və hadisə onun işdə olmadığı müddətdə baş verib.

Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsə də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.

Vəkil Hikmət Əliyev deyib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112454