Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 348 $▲1.93%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Hava dəyişir - Qar XƏBƏRDARLIĞI

image-1461492
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu həftənin ortalarında qış soyuğu olacaq, qar yağacaq.

Busaat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir: “Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.

U.Tağıyeva vurğulayıb ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir: “Amma bu il fevral ayı son ongünlüyündə də öz “mövqeyini əldən vermir. Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək. Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.

Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib: “Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib. Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101387