Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA

image-qarli_hava_03254
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar ayı Abşeron yarımadasında mürəkkəb temperatur rejimi ilə xarakterizə olunur. Ayın ötən dövrü ərzində havanın orta sutkalıq temperaturu 6 gün (1-7.2°) normadan aşağı, 14 gün normadan yüksək (3-7˚), üç gün isə norma daxilində olub.

Busaat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

U.Tağıyevanın sözlərinə görə, son günlərdə temperatur normadan yüksək olsa da, yanvarın 23-24-də və 24-dən 25-nə keçən gecə Abşeron yarımadasında havanın temperaturu 0°-dən aşağı – 0.4 dərəcə şaxta, Sumqayıtda isə 1.2 dərəcə şaxta olub:

“Bunun əsas səbəbi ərazimizdə formalaşan sinoptik proseslərdir. Yüksək təzyiq sahəsinin ərazimiz üzərində yerləşməsi hava şəraitinin mülayim, sabit, buludsuz keçməsinə səbəb olur. Abşeron yarımadasında havanın buludsuz olması nəticəsində gecələr radiasion soyuma prosesi gedir, yer səthi daha sürətlə soyuyur. Həmin faktorlar gecə saatlarında temperaturun 0°-dən enməsinə şərait yaradır. Yanvarın 25-27-də gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturunun 0-2° şaxta olacağı gözlənilir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98266