
Havaydakı Kilauea vulkanı yenidən aktivləşib
Havay ştatındakı Kilauea vulkanı 96 gündən sonra yenidən aktivləşib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) Havay Vulkanları Rəsədxanasından daxil olan məlumatda bildirilib.
Mənbənin sözlərinə görə, yerli vaxtla saat 03.15 radələrində Havay Vulkanları Milli Parkındakı Kilauea vulkanının zirvə kraterində partlayış olub.
Rəsədxana partlayışdan çıxan qazların vulkanik tüstü yaradacağı xəbərdarlığı edərkən, parkın yaxınlığında yaşayanları havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırıb.
Püskürmədən sonra vulkan üçün xəbərdarlıq səviyyəsi “müşahidə”dən “xəbərdarlığa”, aviasiya rəng kodu isə “qırmızıya” qaldırılıb.
Səlahiyyətlilər, sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.
Xatırladaq ki, iyunun 7-də Kilauea vulkanının zirvə kraterində partlayış baş verib və onun fəaliyyəti iyunun 21-də dayanıb.























