Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Həbs edilən Vətən müharibəsi qazisi azadlığa çıxdı

image-ziya-kazimov-620x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bəzi kütləvi informasiya vasitələrində Vətən müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb”.

Bu barədə Busaat.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanan kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı Hərbi Məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir”, – deyə Mətbuat xidmətindən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37498