Məzmuna keç
  • Brent neft91.79 $▲0.39%
  • WTI neft86.29 $▲0.72%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.283 $▲2.18%
  • Qızıl4 025 $▼2.42%
  • Gümüş51.22 $▼3.80%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 132 $▼2.82%
  • Ethereum2 026 $▼4.99%
  • S&P 5007 479▼0.92%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Həbs olunan rəis məşhur icra başçısının oğludur – FOTOLAR

image-nocomment_a35937012390269e2ba481938993fd72_rpw20jt4vicqu8x96khb-640x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsi gündəmin müzakirə olunan əsas hadisələri sırasında dayanır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində Binəqədi rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.

Saxlanılan vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılıb.

Qeyd edək Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.


Busaat.az-ın məlumatına görə, Rəşad Daşdəmirov Rasim Daşdəmirovun böyük oğludur. O,  1978-ci ilin may ayının 5-də Gəncə şəhərində anadan olub. 1984-1995-ci illərdə Gəncə şəhərində orta məktəb təhsili alıb. 1996 -1999-cu illərdə Bakı Dövlət Univesitetinin Hüquq fakültəsində oxuyub. 1999-2001-ci illərdə bu universitetin hüquq fakültəsini magıstr pilləsində təhsil alıb.

1999-cu ildə təyinatla Daxili işlər Nazirliyində işə qəbul olunub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2004-2015-ci illərdə Səbail və Nəsimi rayonlarının Polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində baş inpektor vəzifəsində çalışıb. 2015-2019-cu illərdə Bakı Səhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsində polis polkovnik-leytenantı rütbəsi ilə baş əməliyyat müvəkkili kimi xidmət edib və təqaüdə çıxıb.

Maraqlıdır ki, Daxili işlər Nazirliyi sistemindən təqaüdə çıxan Rəşad Daşdəmirov 2020-ci ildə Hövsan Beynəlxalq Tcarət və Dəniz Limanında Baş direktor vəzifəsinə təyinat alıb.

Onun atası Rasim Daşdəmirov 1994-2000-ci illərdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı işləyib.

Rasim Daşdəmirov 1946-cı ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndində anadan olub. 1980-90-cı illərdə Gəncə şəhəri Kəpəz və Nizami rayon İcra hakimiyyətlərində yüksək vəzifələrdə çalışıb.

1994-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 6 il bu vəzifədə çalışdıqdan sonra – 2000-ci ildə Gəncənin meri postundan azad olunub. Daha sonra 1 il Dövlət Şəhərsalma və Arxitektura sədr müavini vəzifəsində çalışıb.

Rasim Daşdəmirovun hazırda təqaüddə olduğu bildirilir.

(modern.az)

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=177799