
Həftəsonu qəzalarda ölənlərin sayı açıqlandı
Həftəsonu baş verən yol-nəqliyyat hadisələri zamanı 11 nəfər ölüb.
DİN Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, istirahət günlərində respublikanın avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib.
Qəzalarda 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.























