Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.59 $▼4.20%
  • WTI neft81.84 $▼3.42%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.389 $▲7.18%
  • Qızıl3 750 $▼0.97%
  • Gümüş45.58 $▼0.51%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 048 $▲1.30%
  • Ethereum1 780 $▲1.02%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Helsinkidə erməni terroruna etiraz aksiyası keçirilib - Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin Mərkəzi dəmiryolu vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət KomitəsindənBusaat.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə qarşı törətdiyi vandalizm aktlarını, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin dinc əhalisinin qadağan olunmuş ağır artilleriya silahlarından istifadə etməklə qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Terror qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində erməni təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər.

Dinc aksiya şəhər sakinlərinin və turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı, Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi barədə məlumat veriblər.

 




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23872