Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.88 $▼1.79%
  • WTI neft90.49 $▼1.05%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.975 $▲0.64%
  • Qızıl4 074 $▲0.51%
  • Gümüş51.93 $▲0.75%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 700 $▼0.35%
  • Ethereum2 227 $▼0.36%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Hadisə

“Həmin kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur” - “Sobsan”ın direktoru

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün paytaxtda havada yayılmış kəskin qoxunun analiz nəticələrini açıqlayıb. 

Nəticələrə əsasən ehtimal edilir ki, “Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantılar da Böyük Şor gölünə axıdılıb. Rəsmi məlumata görə, son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.

“Qafqazinfo” sözügedən ehtimalla bağlı “Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyevlə əlaqə saxlayıb. O qeyd edib ki, tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı ehtimallar doğru deyil:

“Məhsullarımızın 90 faizi yanıb. Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=12267