Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hər 4 gündə bir jurnalist öldürülür - UNESCO

image-france-unesco-bolivia-nov-2015
Mandatory Credit: Photo by Christophe Petit Tesson/Epa/REX/Shutterstock (8452196a) View of the Unesco's Great Conference Room During the 38th Session of the United Nations Educational Scientific and Cultural Organization (unesco) General Conference at the Unesco Headquarters in Paris France 09 November 2015 the 38th Session of the Unesco General Conference Runs From 03 to 18 November 2015 France Paris France Unesco Bolivia - Nov 2015
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) “2021-2022-ci illərdə İfadə Azadlığı və Medianın İnkişafı üzrə Dünya Meyilləri” adlı hesabatını yayıb.

Busaat.az xəbər verir ki, hesabatda ötən il dünyada 86 jurnalistin öldürüldüyü qeyd edilib.

UNESCO-nun hesabatla bağlı bəyanatına görə, Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən ölümcül region olub. Burada 2022-ci ildə 44 qətl hadisəsi baş verib.

Asiya və Sakit okean hövzəsində 16, Şərqi Avropada isə 11 qətl hadisəsi qeydə alınıb. Jurnalistlərin ən çox öldüyü ölkə 19 qətllə Meksika olub. Meksikadan sonra 10 qətllə Ukrayna və 9 qətllə Haiti yer alıb.

“Bu jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən korrupsiya, ekoloji cinayətlər, vəzifə səlahiyyətlərindən sui-istifadə, etirazlar, mütəşəkkil cinayətkarlıq, silahlı münaqişələr və ya onlar arasında ekstremizmin artması kimi həssas məsələləri işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər”, – deyə məlumatda bildirilir.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97537