Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.51 $▲0.84%
  • WTI neft84.89 $▼0.14%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.171 $▲2.72%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.99 $▼3.16%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 405 $▼0.72%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

“Hər kəsdən xahiş edirəm ki, məni başa düşsünlər” – Gerye vidalaşdı

image-141249
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib”.

Busaat.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan Donald Gerye İnstaqram səhifəsində yazıb.

Haitili yarımmüdafiəçi başqa kluba keçmək üçün “Qarabağ”dan icazə istədiyini qeyd edib: “Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. “Qarabağ” çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram”.

Kiprin “Apollon” klubuna kçən Gerye artıq karyerasında yenilik etməyin vaxtı çatdığını bildirib: “Gedirəm, amma bu forma mənə həmişə “Qarabağ”la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun”.

Qeyd edək ki, D.Gerye 2017 – 2019-cu illərdə “Qarabağ”da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında “Neftçi”yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən “Qarabağ”a keçən futbolçu ilə yaya qədər olan müqavilənin ləğv edildiyi ötən gün açıqlanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=33263