“Hərəkat 44 gündə bitdi, lakin daha 44 il bundan danışılacaq” – Hulusi Akar

“Hərəkat 44 gündə bitdi, lakin daha 44 il bundan danışılacaq” – Hulusi Akarbackend

“Azərbaycan “artıq bəsdir” deyərək öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı”.

Busaat.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində çıxışı zamanı bildirib.

Nazir Azərbaycanla Türkiyə arasındakı əlaqələrin “İki dövlət, tək millət” anlayışı ilə əbədiyyən davam edəcəyini bir daha xatırladıb.

Türkiyə müdafiə naziri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə iki ölkə arasındakı qardaşlıq əlaqəsinin hər keçən gün daha da qüvvətləndiyini qeyd edib.

“Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını işğaldan xilas etmək üçün həyata keçirdiyi 44 günlük hərəkat çərçivəsində göstərdiyiniz qəhrəmanlıq və cəsarət təqdirə layiqdir. Hərəkat 44 gündə bitdi, lakin bunun 44 il boyunca danışılacağından əmin olun. Son dərəcə xoşbəxtik. Bu hərəkat bir oyanışdır. Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi”, – deyə nazir sözlərinə əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90