Hindistanda dini ayın zamanı izdihamda ölənlərin sayı artır.
Busaat.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Uttar-Pradeş ştatında keçirilən ritual zamanı izdiham nəticəsində həyatını itirənlərin sayı 123-ə çatıb.
Qeyd edək ki, iyulun 2-də Hathras bölgəsində keçirilən “satsanq” adlı kütləvi namaz tədbiri zamanı izdiham yaşanıb.
Səlahiyyətli şəxslər daha 2 yaralının ölməsi ilə ölənlərin sayının 123-ə yüksəldiyini açıqlayıb.