Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 267 $▼1.40%
  • Ethereum1 908 $▼0.99%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Hindistanda qayığın batması nəticəsində 10 uşaq itkin düşüb

image-qayiq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hindistanın Bihar əyalətinin Müzəffərpur şəhərində 30 şagirdin olduğu qayığın Bağmati çayında batması nəticəsində 10 uşaq itkin düşüb.

Busaat.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Səlahiyyətlilər şagirdləri daşıyan kiçik qayığın yerli vaxtla saat 10.30-11.00 radələrində Bağmati çayında batdığını bildirib.

İlkin məlumatlara görə, qayıqda olan 30 uşaqdan 20-si xilas edilib. İtkin düşən 10 şagirdin axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilər həmçinin bildiriblər ki, Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) və Dövlət Fəlakətlərə Cavab Qüvvələri (SDRF) əməkdaşları da bölgəyə gəlib.

Əyalət baş naziri söyləyib ki, axtarış və xilasetmə işləri davam edir. Ştat hökuməti hadisə nəticəsində zərər çəkmiş ailələrə lazımi yardımı göstərəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121686