Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.45 $▲0.01%
  • WTI neft86.23 $▼0.47%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.249 $▼1.28%
  • Qızıl3 986 $▼1.67%
  • Gümüş51.33 $▼2.28%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 954 $▼0.53%
  • Ethereum2 056 $▼0.75%
  • S&P 5007 619▲1.29%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Hindistanda vitse-prezidentin impiçmenti tələb edilib

image-d3f17338-4aa7-3d16-b5bd-f1d0830bbdc2_850jpg-1733833305
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hindistanın müxalifət partiyaları vitse-prezident Caqdip Dhankarı parlamentin yuxarı palatasının sədri vəzifəsində qərəzli olmaqda ittiham edərək onun impiçmenti təşəbbüsü ilə çıxış ediblər.

Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, bu, ölkə tarixində ilk belə addımdır.

Müxalifət partiyalarının onu vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər səsi olmadığı üçün bu addım simvolik xarakter daşıyır. Lakin C.Dhankar hakim Bharatiya Janata Partiyasından namizəd seçildiyi üçün bu addımın müxalifətlə Baş nazir Narendra Modinin hökuməti arasında onsuz da gərgin olan münasibətləri daha da korlayacağı gözlənilir.

Hindistan konstitusiyasına əsasən, vitse-prezident ölkədə ikinci ən yüksək vəzifəni tutur və eyni zamanda parlamentin yuxarı palatasının sədridir. Prezident vəzifəsində müvəqqəti vakansiya yarandığı təqdirdə o, dövlət başçısı vəzifəsini icra edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155480