Hollandiyada məcburi hərbi xidmət bərpa olunacaq

image-hollandanin-askeri-gucu-nedir-h1489575096-7856dfbackend

Hollandiyada məcburi hərbi xidmətin ləğvindən 27 il sonra yenidən tətbiq edilməsi imkanı nəzərdən keçirilir.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri olan tədbirlər planını hazırlayıb. Ordunun lazımi ləvazimatları əldə etmək, kazarma tikmək və təlim qabiliyyətini artırmaq üçün illər lazım olacaq. İcbari hərbi xidmətin tətbiqi kifayət qədər uzun vaxt aparacaq. Lakin qonşu ölkələr hərbi xidmətə çağırış tətbiq etməyə başlasa, Hollandiya dərhal onlardan nümunə götürəcək.

Hollandiya bütün 17 yaşlı gəncləri hərbi xidmətə çağırsa, Müdafiə Nazirliyi ildə 200 minə qədər əsgəri yerləşdirməli və onlara təlim keçməli olacaq. Hazırda isə hərbi idarə ildə maksimum 1000 çağırışçı hazırlamağa qadirdir, 2029-cu ilə qədər bu rəqəmin 9 min nəfərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Hollandiyanın peşəkar ordusu 42 mindən çox əsgərdən ibarətdir.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki