Honq-Konqda “Koinu” tayfunu səbəbindən birjada ticarət dayandırıldı

image-foto4backend

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində “Koinu” qasırğası səbəbindən ehtiyat tədbiri olaraq birja əməliyyatları müvəqqəti dayandırılıb.

Busaat.az xəbər verir ki, bu barədə Honq-Konq Birjaları və Klirinq Birjaları (HKEX) məlumat yayıb.

Bildirilib ki, Honq Konq Fond Birjasında əlverişsiz hava şəraiti ilə bağlı bu gün gündüz sessiyasında birja və fyuçers ticarəti dayandırılıb.

Xarici investorların Honq-Konq Fond Birjası vasitəsilə Çinin materik hissəsində satılan səhmləri ala biləcəyi “Stock Connect” əməliyyatlarının da tədbirdən təsirlənəcəyi qeyd edilib.

Honq-Konq Rəsədxanası bölgə sahillərinə yaxınlaşan tayfuna görə dünən “8-ci səviyyə” fövqəladə vəziyyət və “qara” tufan xəbərdarlığı verib.

Birjanın açılış saatına qədər davam edən xəbərdarlıqların səviyyəsi bu gün yerli vaxtla saat 11.40-da tayfunun intensivliyi azalaraq uzaqlaşmağa başladıqdan sonra “səviyyə 3” fövqəladə xəbərdarlıq və “qırmızı” fırtına xəbərdarlığına endirildi.

Birjada hərracların günün ikinci yarısında davam edəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki