Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.17 $▼3.57%
  • WTI neft82.28 $▼2.90%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.376 $▲6.77%
  • Qızıl3 757 $▼0.78%
  • Gümüş45.66 $▼0.33%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 912 $▲1.09%
  • Ethereum1 781 $▲1.06%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Human Right Watch” ermənilərin Bərdəyə kassetli bombalar atdığını təsdiqlədi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Human Right Watch” təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

Busaat.az  xəbər verir ki, təşkilat açıqlamasında erməni qüvvələrinin 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərini istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləyib.

“Human Rights Watch” beynəlxalq və yerli jurnalistlər, həmçinin sakinlər tərəfindən hadisə yerində və yaxınlığında çəkilmiş çoxlu silah-sursat qalıqlarının fotolarını təhlil edib. Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşib.

Təşkilat bildirib ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur.  Bununla da “Human Rights Watch” hücumu Ermənistanın həyata keçirdiyini təsdiqləyib.

Qeyd olunub ki, hücum nəticəsində 21 mülki vətəndaş həlak olub, 70 nəfər xəsarət alıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22959