Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

İcra başçısının sabiq müavini həbs edildi - FOTO

image-1682924959_1612171535_hebsvezife
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə iş başlanılıb. Məhkəmənin qərarı ilə Hirkan qəsəbə sakini olan X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, X.Rəhimov 2 gün əvvəl idarə etdiyi “Mercedes” markalı avtomobilin sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Gərmətük qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib və zorakılıq edib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Saxlanılandan sonra tibbi müayinədən keçirilib və onun sərxoş olması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı açılmış cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı cenublu.az saytı yayıb.

image-icrabashdsasaa1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111854